Mir Rəhim Vilayi Əbdüləli oğlu 1916 – cı ildə Təbriz şəhərində ruhani ailəsində anadan olmuşdur. Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür.1938 – ci ilə qədər Bakıda yaşamışdır.O, ibtidai təhsilini Bakıdakı İran məktəbində başa çatdırmışdır.
1930 – 1932 – ci illərdə Bakıda məktəbi bitirmiş,
1932 – 1934 – cü illərdə axşam məktəbini, 1934 – 1935 – ci illərdə bir illik hazırlıq kursunu bitirmiş,
1936 – cı ildə fizika – riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir.
1937 – 1941 – ci illərdə Tehranda ” Qəsri – Qacar” zindanında 5 il siyasi məhbus kimi oturmuşdur.1941 – ci ilin sentyabr – oktyabr aylarında Sovet ordusunun İrana daxil olması ilə o da başqa siyasi məhbuslar kimi zindandan çıxaraq Təbriz şəhərinə gəlmişdir.
1941 – ci ildə Təbrizdə Azərbaycan antifaşist təşkilatının sədr müavini və onun mətbuat orqanı olan” Yumruq” qəzetinin redaktoru(1941 – 1945) olmuşdur.
1942 – ci ildən İran Xalq Partiyasının Azərbaycan təşkilatının MK üzvü və peşəkar partiya işçisi kimi fəaliyyət göstərmişdir.
Təbrizdə nəşr olunmuş” Azərbaycan” , ” Vətən yolunda”, ” Fəryad”, ” Ədəbiyyat səhifəsi” kimi demokratik qəzetlərin səhifələrində antifaşist məqalələri ilə imperializmə qarşı çıxış etmişdir.
1943 – 1945 – ci illərdə Sovet – İran Mədəni Əlaqələr Cəmiyyətinin Təbriz şöbəsinin nəzdində təşkil olunmuş daimi Sovet sərgisinin müdiri vəzifəsində çalışmışdır.
1945 – ci ilin sentyabr – oktyabr aylarında Azərbaycan Demokrat Firqəsənin orqanı “Azərbaycan” qəzetinin redaktoru seçilmişdir.Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında MK – nın üzvü, həmin ilin noyabr – dekabr aylarında keçirilən seçkilərdə Mərənd, Zunuz şəhər və mahalından Azərbaycan Milli Məclisinə nümayəndə seçilmişdir.1945 – ci ilin dekabr ayının 12 – dən 1946 – cı ilin dekabr ayına qədərAzərbaycan Milli Məclisinin Rəyasət Heyətinin katibi və Azərbaycan Demokrat Firqəsinin Səttarxan bayraqlı Təbriz şəhər komitəsinin sədr müavinu vəzifələrində işləmişdir.
1946 – cı ildə Azərbaycan Həmkarlar İttifaqının iyunda Təbrizdə keçirilmiş birinci qurultayında nlenum üzvlüyünə də seçilmişdir.
Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsinin orqanı olan ” Demokrat “məcmuəsi- nin müdiru olmuşdur.1945 – 1946 – cı illərdə
Milli azadlıq hərəkatında , silahlı üsyanda (1945 – ci il 12dekabr) hakimiyyəti ələ almaqda iştirak etdiyinə görə Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin fərmanı ilə” 21 Azər” medalı və partiya sahəsindəki fəaliyyətinə görə
1946 – cı ildə ” Səttarxan ” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Milli Hökumətinin suqutundan sonra bir neçə ay Təbrizdə gizli vəziyyətdə yaşamış, nəhayət, 1947 – ci ilin mart ayında Sovet Azərbaycanına mühacirət etmişdir.
1947 – 1951 – ci illərdə Bakıdakı iki illik Partiya Məktəbini bitirmişdir.
1946 – 1949 – cu illərdə Azərbaycan Demokrat Firqəsinin orqanı “Azərbaycan” qəzetində siyasi- ədəbiyyat şöbəsinin müdiri, 1949 – 1953 – cü illərdə” Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışmışdır…
1959 – ci ildən 1968- ci ilin iyun ayına qədər “Azərnəşr”də siyasi ədəbiyyat şöbəsində böyük redaktor vəzifəsində işləmişdir.
1968 – ci il iyun ayından etibarən Azərbaycan Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran tarixi şöbəsində baş elmi işçi işləmişdir.1975 – ci ildə” Azərbaycan Milli Hökumətinin dövründə mətbuat” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.Bir monoqrafiya və çoxlu elmi məqalələrin müəllifidir.
1976 – cı ildə Bakıda vəfat etmişdir.
Guləddin İsmayilov