آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Dr. Bahadur Bəhməni vəfat etdi.

Təəssüf ki, ADF-nin ən fəal üzvü, fədakar və şərəfli insan- Dr.B. Bəhməni uzun müddət davam edən xəstəlikdən sonra vəfat etdi. Dr. Bəhməni Azərbaycan Respublikasının ən bacarıqlı cərrahlarından biri idi.

Dr. Bəhməni, 1337-ci (Şəmsi) ildə Məhəmməd Rza Şah Həbsxanasında anadan olan Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin rəhbəri Dr. Adilə Chernik-Büləndin üçüncü övladı idi.

Yoldaşların və ailənin müxalifətinə baxmayaraq yoldaş Adilə, İranda ölüm hökmündə olan ərinin həyatını xilas etmək üçün hamilə ikən azyaşlı uşaqları (Cahangir və Cavanşir) ilə Bakıdan İrana getdi. Ənzəli limanında İran təhlükəsizlik qüvvələri tərəfindən tutularaq həbsxanaya göndərildi.

Yoldaş Adlə həbsdən çıxdıqdan sonra onun uzun müddət İranı tərk etməsinə icazə verilmədi. Bahadur ibtidai məktəbin üçüncü ilini Tehranda bitirdi. İranı tərk etdikdən sonra ailəsii ilə birlikdə Bakıya qayıdıb və orada təhsillərini davam etdirdi.

1361-62-ci(Şəmsi ) illərdə İslam Respublikasının mütərəqqi qüvvələrə, xüsusilə İran Tudə Partiyasına vəhşicəsinə hücumundan sonra minlərlə insan vətənlərini tərk etmək məcburiyyətində qaldı. Bunlardan yüzlərlə adam Sovet İttifaqına sığınmağa məcbur olduı. Sovet dövlətinə gələn mühacirlərin böyük əksəriyyəti Azərbaycan Sosialist Respublikası tərəfindən qəbul edildi. Azərbaycan Demokrat Gənclər Təşkilatının fəal üzvü Dr. Bahadur Bəhməni, siyasi mühacirlərin həyatını yaxşılaşdırmaq üçün gecə-gündüz səyini əsirgəmədi.

Dr. Bahadur 1992- (Miladi) ildə Ermənistan hərbçiləri tərəfindən Azərbaycana təcavüz edilərkən Sumqayıt şəhərindən olan digər dörd həkim əməkdaşları ilə birlikdə könüllü olaraq Laçın rayonuna getdi. Məhz o vaxtdan ömrünün sonuna dək nevroloji xəstəliyə tutuldu. Hərəkət gücünü əlindən alan və daim inkişafda olan bu xəstəliyə baxmayaraq o, işdən və fəaliyyətdən əl çəkmirdi, hətta oturaq vəziyyətində belə ağır əməliyyatlar edirdi.

Ciddi müalicə olunmaslna baxmayaraq, xəstəlik tədricən onu əlil etd, ömrünün son on ilini yataqda keçirdi. Ancaq ömrünün son günlərinə qədər ailəsinə mənəvi dayaq idi.

Çox təəssüf ki, Dr. Bəhməni 14 dekabr saat 22.00-da 62 yaşında vəfat etdi və bir çox sevənlərini dərindən sarsıdaraq matəmə qərq etdi.

Azərbaycan Demokrat Firqəsi yoldaş Bahadurun vəfatı ilə əlaqədar bütün firqə üzvlərinə və tərəfdarlarına, xüsusi ilə yoldaş Adilə xanım, həyat yoldaşı, övladları və digər ailə üzvlərinə başsağlığı verir.

Şübhəsiz ki, Yoldaş Bahadur kimi şərəfli insanların xatirəsi əbədi yaşayacaqdır. Yolu davamlı, xatirəsi əziz olsun!

Facebook
Telegram
Twitter
Email