İranın azadlıqsevər xalqı!
İran xalqı, bir tərəfdən ölkənin bir güşəsində təkcə bir gecə ərzində milyonlarca sərvətə sahib olan şəxslərin girovuna çevrilmişdir, onlar varlı olmalarını üzə çəkmək üçün aksiyonunda adı bir rəsm əsrinin(tablo) 3 milyard tümənə(357,142,858 dollar) alış-verişinə öyünürlər(fəxr edirlər). Digər tərəfdən bu milyonçülar və ya insan qanıla qızıl istehsal edən kimyaçılar(insan qanına susamış milyonçular) zavod sahibkarına qarşı etiraz edən bir parça çörək pulu qazanmağa çalışan zəhmətkeş fəhlələri onları ailələri ilə birlikdə şallaq cəzasına məhküm edirlər.
Biz Tikab (Tikantəpə) şəhərinin Ağ Dərə qızıl mədəninin fəhlələrinin işdən çıxarılmasıdan bəhs edirik; Birinci növbədə 350 fəhlə işçi müqaviləsinin bitməsi bəhanəsi ilə içxarılaraq, işsiz qalır. O işçilərin arasında birisi bütün yolları üzünə qapalı gördüyü üçün ac və çarəsiz qalaraq, intihar edir. Hadisənin şahidi olan başqa işçilər bu şəraitə etiraz etmək məqsədi ilə mədənin qarşısına toplaşdıqda, qarşılarında Tikab şəhərinin hüquq mühafizə və məhkəmə məmurlarını görürlər. Məmurlar işçiləri tutub həbs edirlər. Və nəhayət məhkəmə tərəfindən işçilərdə 17 nəfərinə, həbs, cərimə və şallaqvurma cəzasi kəsilir. Bilavasitə məhkum olunan işçilərə şallaq vurulur.
Bu il ərzində Məşhəd şəhərində gecə qonaqlıqda olan bir qrup qadın və kişilərə də şallaq vurulmuşdur. Yenə cari ildə Qəzvin şəhərində təhsillərini bitirdikləri üçün şənlik mərasiminə toplaşan bir qrup oğlan və qızlara da şallaq vurulmuşdur. Məhkəmə mustəndiqlərindən birisinin söylədiyi ifadə belədir: “ Qoy başqalarına ibrət dərsi olsun!”
Tikab şəhərinin işsiz qalan fələlərinə, Məşhəd şəhərindəki kişi və qadınlara, habelə Qəzvin gənclərinə vurulan bu şallaq bütün İran ictimaiyyətinin ümümi vicdanını yaralamış və insanlıq dəyərlərini ayaqlar altına salmışdır
İran Yazıçılar Cəmiyyəti, quldarlıq dvründən qalan və qanun paltarı geyindirilmiş bu zalımlık hökmunu, yəni ümum əhalı qarşısında irənc işkəncə növünün bariz nümunə olan şallaqvurulma cəzasıni məhkum edərək, onun ləğv olmasını istəyir.
İran Yazıçılar Cəmiyyəti