İranlı Mühacirlər Cəmiyyətində Xocalı faciəsi anıldı
Cəmiyyət üzvlərindən Səyyad Dasi, Qacay Əzimi, Nasir Məmmədov çıxışlarında erməni vəhşiliklərinin xronikasının təhlili verilib, ikili standartların bu soyqrımın dünya miqyasında hüquqi qiymətinin tapmasına mane olduğu dözülməz hal kimi dəyərləndirilib.
Sonda Pirşağı qəsəbəsindəki Xocalı 2 saylı orta məktəbin müəllimi Məhbub İmani ailə üzvləri adından tədbir təşkilatçılarına təşəkkür edib.
Tariyel Ümid
Ruhların tüğyanı (Xocalı faciəsinin ildönümünə)
Sanki qaranlıq çökdü, Ağdamın axşamına. Erməni mərmi tökdü, Xocalının başına.
Qaçan, ölən, yıxılan,… Ruhların tüğyanıydı. Xocalı faciəsi, Bu dünyaya yayıldı.
Qara torpaq üstündə, Şəhidlər sıralandı. Anaların səsindən, Göydə quşlar dayandı.
Yolların qarı, buzu, Kafirlərdən yaxşıydı. Xəncərlənmiş bu gözlər, Bir körpə baxışıydı.
Yandı evlər eşiklər, Hər tərəf od içində. Bir dəhşət ola bilməz, Bu donda bu biçimdə.
Əlləri kəsilən kim, Qolları kəsilən kim. Ağbirçək, ağsaqqallar, Bədəni deşim-deşim.
Əli yalın insanlar, Baxırlar naçar-naçar. Ermənisi-rusu Qəsbkardır qəsbkar!
Bizdə belə qalmarıq, Qaniçən Qaniçənlər Torpaqdan qalxacaqlar, Bizim doğma şəhidlər.!
Sizi də belə bir gün, Gözləyir yaxındadır. Ay erməni dığası, Gizlənmə yaxında dur!
Yurd-yuva bizimkidir, Ağac sənə bar verməz. Daşlarımız incidir, Dağlar sənə qar verməz