Məryəm Firuz II Pəhləvi dövründə İranın görkəmli siyasi simalarından olmuşdur. Şahlıq rejiminə qarşı güclü müxalifətçilərindən olub, Hizbi Tudeyi İranın “Qadınlar Təşkilatı”nın qurucusudur. İran qadınlarının hüquqları uğrunda yorulmadan mübarizə aparmışdır.
Tərcümei-hal
Məryəm Firuz 1292-ci ildə (şəmsi) (1914 miladi) Kirmanşahda dünyaya göz açmışdır. Atası Qacar sülaləsinin şahzadələrindən olan Əbdülhüseyn Fərmanfərmaiyan (Abbas Mirzə Qacar dövrünün məşhur baş nəziri), anası Bətül xanım Kirmanşahlıydı. Tanınmış şəxsiyyət Nüsrətü-dövlə Firuzun bacısı idi. Janna Dark pedaqoji kollecində təhsilini davam etdirərək, 1308-ci ildə diplom almışdır.
Həmin il 16 yaşında atasının istəyi ilə Fransada hərbi təhsil almış polkovnik Abbasqulu İsfəndiyari ilə evlənmiş. Tez bir zamanda bu evlilikdən Əfsanə və Əfsər adlı iki qız dünyaya gəlmiş. Amma 1318-ci ildə atası Fərmanfərmanın ölümündən sonra həyat yoldaşından ayrılıb Tehrana qayıdaraq atasının evində yaşamışdır. O vaxtdan Tehranda onun evi şairlərin, ədiblərin, yazıçıların və sosialist ideyalarını yayan şəxslərin mərkəzinə çevrildi. Çoxsaylı istəyənləri arasında özünün siyasi həyatında Nurəddin Kiyanurini özünə ömür yoldaşı seçdi. O, böyük zadəgan Qacar ailəsində yaşamasına baxmayaraq İrəc İskəndəri vasitəsilə Hizb Tude İranın iclaslarında iştirak edirdi və bir müddətdən sonra həmin hizbə üzv oldu. Onun böyük və zəngin zadəgan ailəsindən olaraq xalq hərəkatına qoşulması çox səs küyə səbəb oldu. Beləki, onu xarici nəşriyyatda “Qırmızı şahzadə” adlandırdılar.
O, 1323-cü (1944) ildə Nurəddin Kiyanuri ilə evlənər bir ömür keşmə-keşli həyata başladı. O və həyat yoldaşı 1332-ci (1953) il çevrilişindən sonra 4 il İranda gizli halda yaşayıb 1336-cı(1957) ildə Sovetlər ölkəsinə, 2 il sonra isə Şərqi Almaniyaya mühacirət edərək siyasi fəaliyyətlərini davam etdirdilər. Elə o zaman İran dövləti tərəfindən qiyabi olaraq ona ölüm hökmü verildi.
Məryəm Firuz Doktor Müsəddiq ilə qohum idi(Doktor Müsəddiqin dayısıqızı idi). Məryəm Firuz 1332-ci (1953 avqust ayı) il mordad ayının böhranında Müsəddiq ilə Hizb Tudənin əlaqələndiricisi olmuşdur.
1357-ci (1979) il inqilabında şahlıq rejimi dağıldıqdan sonra Məryəm Firuz Kiyanuri ilə birlikdə 26 ildən sonra ( 1358-ci ildə) İrana qayıdıb Hizb Tudədə təşkilatı rəhbərliyində geniş fəaliyyətə başladılar. O vaxtlar İran-İraq müharibəsi ölkədə çox dağıntılar yaradırdı. İslam cumhuriyyətinin müharibə siyasətini kəskin tənqid etməsi və əlbəttə “CİA”nın (Amerika dövlətinin təhlükəsizli təşkilatı) təhriki ilə Hizb Tudə İrana hucüm oldu. Yüzlərlə tudeçi həbs və edam edildi. Məryəm Firuz və həyat yoldaşı da həbs olundu. Ömrünün axırına kimi işgəncələr altında zindanda, sonralar da ev zindanında məhkum olundu. O, 1361-ci il Bəhmən ayının 17-də(1982-ci il yanvar ayı) 50 nəfərdən çox Tudə partıyasının rəhbərləri, fəal kadrları ilə birlikdə həbs olunub ruhi və cismi işgəncələrə məruz qaldı. Zindanda olduğu 9 il müddətində kamerada tək-tənha qalmışdır. İrəç Müstaqi onun dözümlülüyünün dünyada tayı bərabəri olmadığı barədə yazmışdır. Sonralar Kiyanuri Əli Xameniyə yazdığı məktubda İslam cümhuriyyətində zindanlarında verilən işgəncələrdən yazaraq deyir: “Məryəm xanıma o qədər şallaq vurublar ki, o vaxtdan 7 il keçməsinə baxmayaraq hələ də ayaqları ağrıyır. Əlbəttə hələ bular qanunda nəzərdə tutulan işgəncələrdir. O qədər üzünə sillə vurublar ki, sol qulağı eşitmir.” Bu işgəncələr verilən zaman onun 70 yaşı var idi.
Məryəm Firuz bir çox tərcümələr, məqalələr və “Parlaq Simalar” adlı kitab yazmışdır. Bu kitabda sadə insanların fədakarlıqlarından, axtarışda olan siyasi insanlara necə kömək etmələrindən yazaraq onlara öz təşəkkürünü bildirir. Başqa bir kitabda “Məryəm Xanımın Xatirələri” çapdan çıxıb. Belə düşünmək olar ki, bu dövlətin sifarişi ilə yazılıb.
Məmmədəli Əmuyi (o da uzun illər həbsdə olub) o kitab barədə deyir: “Məryəm xanım bu kitabı qəbul etmir və deyir ki, mənim adımdan bu kitabları başqaları yazıbdır.”
Məryəm xanım 1386-cı il isfənd ayının 22-də (12.03.2008) 95 yaşında dünyadan köçdü. O, “Behişt-i Zəhra” qəbirstanlığında öz ailəsinə məxsus Fərmanfərmaiyan məqbərisində dəfn olunub.