آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Milli Hökumətinin yaranmasının 75 illiyi münasibəti

Əziz həmvətənlər!

1399-cu ilin 21 azər ayının(12dekabr 2020) gəlişi ilə ölkəmizin ən qədim və ən müasir milli dövlətinin- Azərbaycan milli muxtar hökumətinin qurulmasından yetmiş beş il keçir. Azərbaycan milli muxtar hökuməti dünya xalqlarının azadlıq mübarizələri təcrübəsi , Məşrutə İnqilabı və Şeyx Məhəmməd Xiyabaninin hərəkatından çıxarılan dərslər əsasında quruldu.

Seyyid Cəfər Pişəvərinin rəhbırliyi ilə Azərbaycan Demokrat Firqəsinin qurucuları dünyanın hərtərəfli inkişafını nəzərə alaraq, ölkənin milli və inqlabı bir hərəkata ehtiyac olduğunu dərk edərək 12 şəhrivər 1324-cü ildə Azərbaycan Demokrat Firqəsini yaratdılar. İranda habelə Yaxın Şərqdə ilk dəfə çoxmillətli ölkələr üçün milli-mütərəqqi bir hökumətin qurulmasına zəmin yaradan firqənin 12 maddədən ibarət olan bəyannaməsinin dərc edilməsi, ölkənin və Azərbaycan xalqının mütərəqqi qüvvələri tərəfindən alqışlandı.

Azərbaycan Demokrat Firqəsinin yarnması tarixdə İranın sosial inkişafdan geri qaldığı, müstəmləkəçi dövlətlərin genişmiqyaslı müdaxilələrinin və daxili mürtəce hökumətin hakim olduğu bir dövrdə baş verdi. Kəndlilər, onların ailələri torpaq sahibləri və feodalların zülmündən bezmişdilər. Xanlar özlərini kəndlilərin həyat və şərəfinin sahibi hesab edirdilər. Onlar jandarmaların həmçiinin mərkəzi hökumətin amillərinin köməyi ilə əkinçilərə və onların ailələrinə istədikləri zülmü edirdilər.

Pişevari və müttəfiqləri ölkədəki habelə bölgədəki acınacaqlı vəziyyəti diqqətlə izləyərək, sürətlə bütün qüvvələrin səfərbərliyinə ehtiyac olduğununun zərurətini hiss edirdilər. İran və dünya xalqlarının azadlıq mübarizəsi təcrübələrinin nəticəsi olaraq 1324-cü il şəhrivər ayının 12-də 12 maddədən ibarət bəyannamənin nəşri bu hədəfə çatmaq üçün bir addım idi. Azərbaycan Milli Hökumətinə qarşı olan qüvvələrin etiraflarına əsasən İranın hər yerindən Azərbaycan xalqının, milli və mütərəqqi qüvvələrin geniş dəstəyindən istifadə edən Azərbaycan Milli Hökumətinin bir illik xidməti, Rza şahın iyirmi ildə gödüyü işlərdən daha çox idi.

Azərbaycan Demokrat Firqsinin proqramınıın müddəalarına, Azərbaycan Konqresinin və Milli Məclisinin təşdiqlədiyi qərarlara uyğun olaraq Azərbaycan Milli Höküməti tərəfindən həyata keçirilən tədbirlər ixtisarla aşağıdakı kimi ümumiləşdirilir:

1- Parlament, əyalət, vilayət, şəhər, kənd əncümənləri seçkilərində kişilərlə bərabər qadınlara seçib-seçilmək hüququnu tanımaq.

2- Bütün təhsil pillələrində, xüsusi ilə ibtidai məktəbin üçüncü sinifinə qədər yalnız ana dilində təhsil almaq. Bu hüquq azlıqlar o cümlədən ermənilər, assurlar və kürdlər üçün də nəzərdə tutuldu.

3- Azərbaycan Milli Universitetinin yaranması

4- Dövlət xalisə torpaqlarının babelə Azərbaycandan qaçıb milli hökumətə qarşı vuruşan mülkədarların torpaqlarının və müsadirə edilmiş əmlaklarının bölünməsi haqqında qanun. Beləki qısa müddət ərzində 3.000 parça xalisə və 437 parça müsadirə edilmiş torpaq bir milyon insanlar asənda ədalətli şəkildə paylandı. Xüsusi bir qanunla mülkədar-əkinçi münasibətlərinin nizama salındı. Kənd Təsərrüfatı İdarəsinin nəzarəti altında mülkədar-əkinçi razılığı nəzərə alınaraq bu qanun həyata keçirildi. Bu qanun 25/1/1325 tarixində Təbriz şəhərində qurulan kəndli qurultayda iştirak etmiş 600 nümayəndənin iştirakı ilə rəsmiyyət tapdı.

5- Əmək qanunvericiliyi, işçilərin sığortasının təsdiqlənməsi və tətbiqi. Bu qanuna 8 saatlıq gündəlik iş, cümə və rəsmi tətillər, əmək haqqı, illik məzuniyyət, … sahibkarlarla işəgötürənlər arasında əmək münasibətlərinin habelə müqavilələrinin tənzimlənməsi, minimum əmək haqqının müəyyənləşdirilməsi, mübahisələrin həlli şurasının qurulması həmkarlar ittifaqının qurulması daxildir. Qadının kişilərlə əmək haqqısının bərabərliyi, qadınların ağır işlərdə çalışmasının qadağan olunması, hamilə qadınların doğuşdan altı həftə əvvəl və doğuşdan altı həftə sonra əmək haqqı ilə istirahəti, … Kooperativlərin qurulması, 1 May, Beynəlxalq İşçilər Günü bayramı olması və s məsələlər bu qanunda öz əksini tapdı.

6- – İranda ilk dəfə Təbriz başda olmaqla şəhərlərin təmiz su və su boru kəməri ilə təchizatı.

7- Azərbaycan “Aşıglar” və müğənnilər qrupunun təşkili.

8- İnsanların təhlükəsizliyini təmin etmək – xüsusən də polis bölmələrinin başçılarına tanınmış yerli insanları təyin etmək. Jandarma qüvvələrini ləğv edib polis qüvvələri ilə birləşdirmək. Nizam-intizam işlərini Firqə fədailərinə tapşırmaq.

9- Həbsxanalar problemini həll etmək. Bəylərin və jandarmaların tələbi ilə günahsız kəndlilərlə dolmuş Azərbaycan həbsxanaları başaldılaraq, hamısı azadlığa buraxıldı.

10- İctimai əxlaqsızlıqla mübarizə qanunu təsdiqidən sonra polis təminatı əsasında rüşvətxorluq, fahişəlik, narkomaniya, möhtəkirlik və s aradan qaldırıldı.

11- İstehsalın artırılması və işsizliyin aradan qaldırılması. Yerli sənayeləri və məhsulları dəstəkləməklə, xüsusilə də emalatxanaların məhsullarını təşviq etmək və yeni emalatxanalar, fabriklər yaratmaq.

12- Maliyyə və iqtisadi işlərin təşkili. Azərbaycan Milli Bankının yaradılması ilə kooperativlərin, dövlət mağazalarının qurulması, malların ucuz qiymətə paylanması və əngəl vasitələri ardan qaldırmaq.

13- İnşaat və Abadlıq işləri. Azərbaycan Milli Bankı, Azərbaycan Milli Məclisinin binası, Qızlar gimnazıyası,Təbrizdə universitet və muzeyin binasının inşası. Təbrizdə, şəhər və kəndlərdə onlarla məktəbin inşası, müxtəlif şəhərlərdə klublar, kinoteatrlar və iclas salonlarının inşası. Təbrizdə və digər şəhərlərdə kəndlər arasında yolların tikintisi və əsas yolların genişləndirilməsi. Körpülərin təmiri və yenilənməsi, kanalların və su anbarlarının yenidən qurulması və buna bənzər tədbirlərin həyata keçirilməsi.

14- Mədəni xidmətlər və mətbuat. Qısa müddətdə ibtidai sinif dərsliklərinin yazılması və çap olunaraq Azərbaycanın hər yerindəki məktəblərə göndərilməsi. Azərbaycan mətbəəsinin qurulması, Təbrizdə və digər şəhərlərdə 50 qəzet və mətbuat nəşrinin təşviqi, qadınlar üçün gənclər və idman salonları üçün idman ləvazimatları və avadanlıqlarla təmin edilməsi, şeir dərnəyi yaratmaq. Təbriz və şəhərlərdəki yazıçılar – şairlər üçün şərait və imkanlar yaratmaq. Şəhərlərdə, fabriklərdə və kəndlərdə savadsızlıqla geniş mübarizə …

15- Səhiyyə xidmətləri. Xalq maarifləndirmə, peyvəndləmə yolu ilə insanların sağlamlığını qorumaq və yoluxucu xəstəliklərlə mübarizə aparıb qarşısını almaq. Müxtəlif yerlərdə əlli xəstəxana və poliklinikadan, kəndlərə göndərilən səyyar klinikalardan istifadə etmək. Təbriz Universitetində Tibb Fakültəsi, Ali Mama Məktəbi, yetimlərə gullug üçün Tibb bacısı hazırlanması və Yetimlər Məktəbinin yaradılması.

16- İncəsənət sahəsində tədbirlər: Azərbaycan Milli Teatrının dirçəlişi, Musiqi qrupunun yaradılması. Təbriz və Azərbaycanın digər şəhərlərində istedadlı aktyor və gənclərdən ibarət qrupları yaranaraq bir sıra tamaşaları teatr səhnəsinə gətirildi.

17- Təbriz Radiosunun yaranması. İlk dəfə idi ki, Tehrandan kənarda Azərbaycan Milli Hökumətinin səsi eşidildi….

Bir ildən az müddətdə Azərbaycan Milli Hökumətinin gördüyü tədbirlərin qısa məzmunu bunlardan ibarət idi. Seyyid Cəfər Pişevəri bu tədbirləri belə dəyərləndirmişdir: – Azərbaycan xalqının hərəkatı butun ölkə zəhmətkeşlərinin və azadlıqsevərlərinin ümummilli qiyamına səbəb ola bilərdi, habelə vətənimizi daxili irtica, onu himayə edən xarici amillərin və geriliyin pəncəsindən qurtara bilərdi. Beləliklə də İran inkişaf, tərəqqi və azadlıq yolunda ola bilərdi.

Azərbaycan azadlıqsevərlərinin böyük günahı bu idi. Ona görə də daxili irtica, onu müdafiə edən Amerika və İngilis imperialistləri onları bağışlaya bilmirdi. 21 Azar hərəkatını müxtəlif hiylə və saxta ittihamlarla öz yolundan çıxara bilmədikdə, onu devirib məhv etməyə qərar verdilər. Şah qoşununun Azərbaycana vəhşicəsinə hücumu nəticəsində xalqın qətl-am edilməsinin günahı təkçə saray məmurlarının, jandarmların və onların ağalarının zülmü qarşısında baş əyməmələri idi.

Hökmdar və monarxiya tərəfdarları, milli hökumətin bütün nailiyyətlərini məhv etmək niyyəti ilə hücuma keçərək xalqa və ölkənin inkişafına qarşı heyvanlıq nifrətlərini göstərdilər. Hələ də bu nifrət və düşmənçiliyin sonu görünmür. İran, xüsusilə Azərbaycan xalqının düşmənləri bu günə qədər Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hərəkatının tarixini təhrif etməklə davam edirlər. Həta firqə adıla qrup və təşkilat yaradaraq 21 Azər hərəkatının hədəflərini təhrif etmək niyyəti ilə ona qarşı zərərli təbliğat irəli sürürlər.

Azərbaycan Demokrat Firqəsinin üzv və tərəfdarları!

Azərbaycan Demokrat Firqəsinin yaranmasının yetmiş beşinci ildönümü ölkəmizin getdikcə artan daxili və xarici problemlərlə üzləşdiyi bir dövürə təsadüf edir. Ölkəmizdə misli görünməmiş miqyasda yoxsulluğun və məhrumiyyətin ağırlığından başqa bir şey deyil. Rejimin dağıdıcı makroiqtisadi siyasətindən tutmuş, ictimai sahədə davam edən qorxu və repressiya mühitinə qədər bütün İran iqtisadi, sosial və siyasi məhrumiyyətlərə görə milyonlarla vətəndaşın zindanına çevrilmişdir.

ABŞ imperializminin rəhbərlik etdiyi kapitalism dövlətlər, mürtəce regiyon ölkələri və İsrail sanksiyalar vasitəsi ilə İran xalqını diz çökdürməsində iştirak etməsi İran xalqının, zəhmətkeş və yoxsul insanların həyatına birbaşa mənfi təsir göstərməkdədir. Bu da İranda yaşayan xalqlarının həyatını daha da ağırraşmasına səbəb olur.

On milyonlarla İranlının həyatı yoxsulluq həddini aşmışdır. Xüsusilə gənclər arasında ciddi şəkildə işsizliyin artması, istehsal obyektlərin iflasının intensivləşməsi, əsas və gündəlik malların qiymətlərinin həmçinin inflyasiyanın artması, ictimai problemlərin o cümlədən, misli görünməmiş fahişəlik kimi sosial anomaliyaların yayılması, müxalifət qüvvələrin şiddətli və qanlı repressiyalarının güclənib davam etməsi, Milli fəallar, əmək və həmkarlar ittifaqı aktivisləri, tələbələr və qadın azadlıq mübarizələri, İslam Respublikasının simasını göstərməkdədir.

Həsən Ruhani hökuməti xalqın problemlərinin həlli açarı ilə hakimiyyətə gəldi, bu hökumət son aylarını keçirir və paslı açarı heç bir qıfılı açmağa qadir olmadı. Etibar və ümid hökuməti, 1992-ci ildə əvvəlcədən hazırlanmış senarıəsasında seçkilərdə ölkənin Ali Dini Liderin mülahizə və razılığı ilə hakimiyyətə gəldi. O, verdiyi vədlərə baxmayaraq, neoliberalizmin dağıdıcı və təxribatçı siyasətini həyata keçirərək əvvəlki hökumətlərin yolunu davam etdirməkdədir. Bu səbəbdən də ölkənin iqtisadi, sosial və siyasi vəziyyətində heç bir əsaslı dəyişiklik edə bilmədi. Ticari, maliyyə və hərbi oliqarxiya Ruhani hökumətində daha da inkişaf etdi. Bu gün artıq sosial vəziyyət olduğundan da ağırdır. Bu vəziyyət hakim qruplar arasındakı qarşıdurmanı daha da gərginləşdirir. İndiki hökumətə qarşı olan qüvvələr hakimiyyəti ələ keçirmək üçün daha çox çalışacaqlar. Bir-birinə qarşı başlayan ifşalar, səbəb olur ki, bir sıra nüfuzlu dövlət rəsmlərinin oğurluq, rüşvətxorluq və mötəkirlikləri açıq şəkildə ictimaiyyətə aydın olsun. Lakin bu barədə gedən məhkəmələrin əksəriyyəti qapalı keçirildi. Əlbəttə mütəhimlərin çoxu əsas ünsürlər deyildi. Lakin bu məhkəmələrdən əldə olunan məlumatlar bu rejimin amillərinin nə qədər çirkaba batdıqlarını göstərir. Ayətulla Əli Xamənei bu məhkəmələrin davam etməsini rejim üçün məsləhət görməyərək o məhkəmələrin bağlanmasına göstəriş verdi.

Azadlıqsevər və mütərəqqı qüvvələr, milli fəallar!

Azərbaycan Demokrat Firqəsi yarandığı yetmiş beş il müddətində həmişə ölkənin bütün azadlıqsevər, anti-avtoritar və milli qüvvələrinin əməkdaşlığına və iş birliyinə səsləmişdir. Rejimin fəlakətli daxili və xarici siyasətinin davam etməsi ölkəmizi ciddi təhlükələr və böhranlara sürükləməkdədir. Bu prossesi bitirmək bütün azadlıqsevər və vətənpərvər qüvvələrin əsas vəzifəsi sayılır. İranda mövcud fəlakətli vəziyyətin davam etməsinin qarşısını almaqda və cəmiyyətin inkişafında əsaslı dəyişikliklər etməkdə mütərəqqi ictimai və siyasi qüvvələrin uğursuzluğunun vacib amillərindən biri, ən kritik məqamlarda bu qüvvələrin uğursuzluğa düçar olduqları daimi dağınıqlıq və əməkdaşlığın olmamasıdır. Elə bu vəziyyətdən xalqa və azadlığa qarşı ən çox istifadə edən də rejimdir. Təşkilat olmadan milyonlarla insanın narazılığının heç yerə varmayacağını rejim yaxşı bilir. Bu səbəbdən də rejim mütərəqqi və azadlıqsevər təşkilatların koordinasiyasının və fəaliyyət birliyinin qarşısını almaq üçün bütün mürtəce güclərdən istifadə edir.

Azadlıqevər qüvvələrin fəaliyyət və işbirliyi xalqlara qarşı olan mürtəce qüvvələrin dəf edilməsini təmin etmək, ölkədə köklü demokratik dəyişikliklər üçün şəraitin yaranması yeganə yoldur. Bu yolda israrla çalışmaq zəruridir!

Yaşasın Azərbaycan Demokrat Firqəsi şəhidlərinin, ölkənin azadlıqsevər və mütərəqqi qüvvələrinin parlaq xatirəsi!

Salam olsun Həbsxana qəhrəmanlarnəa, şəhid ailələrinə və siyasi məhbuslara!

Yaşasın müstəqillik, azadlıq və sosial ədalətə nail olmaq üçün ölkədə xalqlarınin birgə mübarizəsi!

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

Azər ayı 1399

Facebook
Telegram
Twitter
Email